Argentinada G20 sammiti zamanı ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Fətullah Gülənin ekstradisiyası ilə bağlı öhdəlik götürməyib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Ağ Evin yüksək vəzifəli təmsilçisi "Röyter"ə bildirib.
"G20 sammiti zamanı Prezident Tramp Prezident Ərdoğanla görüşündə Fətullah Güləni ekstradisiya etmək barədə vəd verməyib", - Ağ Ev rəsmisi bildirib.
Xatırladaq ki, bazar günü Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın Ərdoğana FETÖ lideri Güləni ekstradisiya etmək imkanlarını nəzərdən keçirdiklərini bildirdiyi barədə açıqlama vermişdi.
Onun sözlərinə görə, Federal Təhqiqatlar Bürosu Gülənin ABŞ-da vergilərdən yayınması faktı ilə bağlı təhqiqat aparır.