HƏMAS lideri Halit Meşal bu gün Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. İstiqamet.com xəbər verir ki, təşkilatın siyasi lideri Ərdoğana bu gün Misirdə İsraillə müzakirə olunan sülh təklifləri barədə məlumat verib. Mövzu ilə bağlı geniş məlumat verilimir.
Qeyd edək ki, bu gün İsrail Fələstinin uzunmüddətli atəşkəs təklifini qəbul edib. HƏMAS-ın siyasi liderlərindən olan, Fələstinin sabiq baş naziri İsmail Heniyye "xalqımızın başını uca edəcək anlaşmanın astanasındayıq" deyib. HƏMAS-ın liderlərindən olan Ebu Merzuk isə qeyd edib ki, müzakirələr yekunlaşdı, atəşkəslə bağlı anlaşma əldə olundu.
Anlaşma barədə İsrail nümayəndə heyətinin rəhbəri Azzam el-Ahmed bu gün geniş açıqlama verəcək.
İsrail tərəfi atəşkəslə bağlı hələlik heç bir açıqlama verməyib.