“ABŞ-ın Türkiyəyə “Patriot” sistemləri satması, Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasına mane olmayacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov bildirib ki, Rusiya və Türkiyə arasında imzalanmış müqaviləyə uyğun olaraq, nəzərdə tutulmuş sayda “S-400” sistemlərinin Ankaraya təhvil verilməsi prosesi sonadək icra ediləcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına dair sənədi təsdiqləyib.