19 Dekabr 2018 18:28
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Türkiyəyə müasir hava hücumundan müdafiə sistemləri satmasına razılıq verməsi təsadüfi deyil. ABŞ bununla göstərməyə çalışır ki, Rusiyanın Türkiyəyə satdığı “S-400” sistemləri NATO standratlarına uyğun deyil.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Raket-Artilleriya Elmləri Akademiyasının (RARAN) üzvü, hərbi ekspert Konstantin Sivkov deyib.

Ekspert iddia edib ki, ABŞ “S-400” sistemlərinin köhnə olduğunu sübut etməyə çalışır: “Əslində isə ABŞ “S-400”-lərə sahib olan Türkiyədən qorxur. Digər yandan, ABŞ Türkiyənin Rusiyadan raket almasını onun Rusiya müdafiə sahəsinə girməsi kimi başa düşür. Bu səbəbdən ABŞ-ın narahatlığı başadüşüləndir”.

Sivkov Türkiyənin hava hücumundan müdafiə sistemlərinin köhnə olduğunu bildirib: “Hazırda Türkiyədəki hava hücumundan müdafiə sistemləri 1950-ci illərdə ABŞ-da istehsal edilmiş “Nike-Hercules” raket sistemləridir. Buna görə də, Türkiyə dəfələrlə amerikalılardan müasir raketlər almağa çalışdı, amma amerikalılar bunu qəbul etmədi.

İndi Türkiyəyə satılan “Patriot” sistemlərinin manevr imkanları və mənzili məhduddur. “S-400” raketləri isə Türkiyənin bütün problemlərini həll edir. Türkiyənin ehtiyacı olan “Patriot” yox, “S-400”dür”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına dair sənədi təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu