21 Dekabr 2018 15:46
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib postunu itirdi. Çox güman ki, Ermənistanı bu mövqeyə qaytarmaq mümkün olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert Ermənistanın KTMT-yə təsir imkanlarının da tamamilə məhdudlaşdığını bildirib: “Bu məhdudluq Ermənistanın ittifaqa təsir imkanlarını da itirməsi deməkdir. Ermənistanın veto hüququndan məhrum ediləcəyini istisna etmirəm”.

Suren Sərkisyan hesab edir ki, Ermənistan Belarus Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın baş katib postuna namizədliyinə veto qoysa da, bu, digər üzv dövlətlərin yekdil qərarını dəyişməyəcək.

Politoloq həmçinin hazırda baş katib səlahiyyətlərini icra edən rusiyalı general Valeri Semernikovun 2020-ci ilədək bu postda qalacağını istisna etməyib: “Ya Semernikov vəzifəsinin icrasını davam etdirəcək, ya da bu mövqeyə Belarusa keçəcək”.

Qeyd edək ki, Ermənistanda barəsində cinayət işi açıldığına görə KTMT-nin baş katibi Yuri Xaçaturov vaxtından əvvəl tutduğu postdan uzaqlaşdırılıb və İrəvanın ittifaqdakı dönəm rəhbərliyinə xitam verilib.B una baxmayaraq, rəsmi İrəvan postun Ermənistanda qalmasına təkid edir.

Digər üzv dövlətlərin namizədi isə Belarus nümayəndəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər