Türkiyənin Şərqi Anadolu bölgəsinə – Ərdahan vilayətinə yağan güclü qar və soyuq hava səbəbindən yem tapa bilməyən ac canavarlar kəndlərə enməyə başlayıblar.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdahanın Açıqyazı kəndinə enən 10 baş canavar təhlükəsizlik kamerasına tuş gəlib. Onlar kənd sakini Ergin Topçuya məxsus iki köpəyi parçalayaraq tələf ediblər. Ancaq bu görüntülər kameranın izlədiyi məkandan kənarda baş verib.
Kənd sakinlərinin vəziyyətin fərqinə varmaları nəticəsində canavar sürüsü qaçaraq meşəyə çəkilib.