Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi təşkil olunan mərasimdə öz mahnılarını ifa edib.
Teleqraf.com xəbər verilir ki, prezidentin ifası "Türkmənistan Xronikası"nın "YouTube" kanalında yerləşdirilib.
Aşqabadda keçirilən mərasimə öz nəvəsi ilə qatılan Qurbanqulu Berdiməhəmmədov türkmən dili ilə yanaşı ingilis və alman dillərində də mahnı oxuyub. Ölkə başçısı royalda da müşayiət edib.