23 Dekabr 2018 16:54
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Netanyahu, sən yanlış qapını döydün. Ərdoğan məzlumların səsidir, sən zalımların səsisən, dövlət terrorunun başında dayanırsan və terror həyata keçirirsən.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, İsrailin baş naziri Türkiyəyə ən alçaq ifadələrlə hücum edib: “Bizim fələstinli məzlumları himayə etdiyimizə görə narahat olan İsrailin baş naziri böhtanlara əl atır. Netanyahu deyilən şəxs bizi Kiprdə işğalçı olmaqda suçlayır. Hər halda dili sürüşüb. Özlərinin Fələstində işğalçı oldğunu söyləyəcəkdi. Siz qadınları, uşaqları təpikləyir, əsgərləriniz, polisləriniz vasitəsilə sürükləyərək aparırsınız. Netanyahu, sən zalımsan, zalım”, - deyə Türkiyə prezidenti vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər