23 Dekabr 2018 19:58
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutta "Sarı jiletlilər"in də sıralarında yer aldığı minlərlə insan sosial-iqtisadi duruma etiraz olaraq küçələrə çıxıb.

Teleqraf.com xəbər verir ki, bir həftə öncə öncə vətəndaş cəmiyyəti institutları tərəfindən başladılan "Küçəyə çıxırıq" kampaniyası çərçivəsində keçirilən aksiyalara ölkənin müxtəlif yerlərindən qoşulanlar var.

"Qul olmayacağıq", "Mühacirlərin geri dönüşünə icazə verilsin", "Kasıb yaşamaq istəmirik", "Məzhəbçi pasrtiyalar siyasətdən uzaqlaşdırılsın" kimi yazılı şüarlarla küçələrə çıxan insanlar yeni hökumətin qurulması üçün konkret addımların atılımasını tələb ediblər.

Etirazçıların qəzəbinə səbəb həmçinin bir müddət öncə Livanın Trablus şəhərində 3 yaşlı fələstinli uşağın pulu olmadığı üçün xəstəxana önündə ölməsidir.

Məhəmməd Mecdi Vehbi adlı uşağın valideynləri pulları olmadığı üçün xəstəxanaya buraxılmayıb və körpə dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər