Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyanın özü məlumat verib.
Moskvaya yola düşən baş nazir Feysbuk hesabında təyyarədə çəkdirdiyi fotosunu paylaşıb.
Fotosunun üzərində “Nə isə, gedək” qeydini yazıb.
Rusiyaya işgüzar səfərə gedən Ermənistan baş naziri bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.