Abşeron rayonunda silahlı insident baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ov tüfəngindən atəş açıb Emil Bayramova qol nahiyəsindən xəsarət yetirmiş Saray qəsəbə sakini Əli Əliyev tutulub.
Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Hacı Zeynalov