“Ankaranın Suriyanın şimal-qərbində terrorla mübarizə əməliyyatına terrorun aradan qaldırılması, Suriyanın ərazi bütövlüyü və müstəqilliyinin yenidən saxlanması mövqeyindən yanaşırıq”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Türkiyənin Fəratın şərq istiqamətində əməliyyat keçirmək istəyi haqqında danışarkən deyib.
Rusiyanın baş diplomatı bildirib ki, Türkiyənin xarici işlər və müdafiə nazirlərinin Moskva səfəri zamanı ABŞ-ın Suriyadan hərbçilərini çıxarması ilə paralel olaraq ortaya çıxan bu mövzunu müzakirə edəcəklər.