Ukrayna hakimiyyətinin Rusiyanı Donbasda kimyəvi hücuma hazırlaşmaqda günahlandırması əslində Kiyevin orada kimyəvi silah tətbiq etməyə hazırlığının ilkin mərhələsidir.
Teleqraf.com-un xəbərinə görə, bunu Rusiya Dumasının müdafiə üzrə komitəsinin sərd müavini Yuri Şvıtkin deyib.
Qeyd edək ki, bundan öncə Ukrayna MN-nin baş kəşfiyyat idarəsinin polkovniki Vadim Skibiçkiy Rusiyanı Donbasda kimyəvi hücuma hazırlaşmaqda günahlandırmışdı.
Rusiya Dumasının müdafiə üzrə komitəsinin sərd müavini Yuri Şvıtkin onu da bildirib ki, əldə olunan kəşfiyyat məlumatlarına görə, sözügedən hücuma hazırlıq məqsədilə Ukrayna tərəfi Donetsk və Luqansk ərazisinə kimyəvi silahlar gətirib.