Amerika qoşunları Suriyada İraqla sərhəddə yerləşən anbarı boşaldıblar: texnika və azı 50 hərbçi oranı tərk edib.
Bildirilir ki, ərazisi 400 kvadratmetr olan anbar bu günə qədər Amerika hərbi texnikasının paylaşdırılması üçün mərkəz rolunu oynayıb.
Məlumata görə, anbardakı silah və döyüş sursatları zirehli avtomobillər vasitəsi ilə İraqa aparılıb. Anbar ərazisində xidmət çəkən Amerika hərbçiləri da həmin istiqamətdə yola düşüblər.
Daha əvvəl ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmağa başladığı məlumat verilmişdi.