31 Dekabr 2018 01:15
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində külli miqdarda mənimsəmə faktı aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, mayor Armen Qriqoryan yerli mətbuata açıqlamasında cinayət-istintaq qrupu tərəfindən üçüncü dağ atıcı alayında saxta sənədlər tərtib edilməklə yanacaq oğurlanması faktının üzə çıxdığını bildirib.

Xəbərdə qeyd edilib ki, oğurluğun həcminin böyük olması ilə əlaqədar polkovnik Ağacanyanın göstərişinə əsasən, faktın araşdırılması məqsədilə Avanesyan soyadlı müstəntiqin rəhbərliyi ilə xüsusi istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər