Ukraynanın Dövlət Əmlakı Fondunun keçmiş rəhbəri Valentina Semenyuk-Samsonenkonun meyiti tapılıb.
Teleqraf.com-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, sabiq məmur intihar edib. O, öz evində ov tüfəngi ilə boğaz nahiyəsinə atəş açıb.
57 yaşlı ВалентинаValentina Semenyuk-Samsonenko 2005-2008-ci illərdə Dövlət Əmlakı Fondunun rəhbəri olub, dörd çağırış xalq deputatı seçilib. O, Ukrayna Sosialist Partiyasının üzvü idi.