18 Yanvar 2019 15:17
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2020-ci illərin ikinci yarısında orbitdə raket əleyhinə müdafiə sistemi yaratmağı planlaşdırır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin siyasi məsələləri üzrə müavini Con Rud məlumat yayıb.

Onun sözlərinə görə, orbitdə raket əleyhinə müdafiə sistemi 2021-2022-ci illərdə sınaqdan keçiriləcək.

ABŞ-ın bu sisteminin Rusiya və Çinin hipersəsli silah təhdidinə qarşı durmağa imkan verəcəyi bildirilir.

Qeyd edək ki, ABŞ daha əvvəl Rusiyanın hipersəsli silahını təhlükə adlandırmışdı.


Müəllif: Nərgiz