19 Yanvar 2019 16:18
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Qrant Dinkin ölümünə səbəb Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün övladlığa götürdüyü qızı Sabiha Gökçen haqda yazdığı məqaləsi olub.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə qətlə yetirilmiş erməni jurnalist Qrant Dinkin dostu Tiqran Lokmaqezyan jurnalistlərə açıqlamasında deyib.

O, Sabiha Gökçenin Türkiyədə müasir qadın rəmzi kimi tanındığını bildirib:

“Dink Sabiha Gökçen haqda məqalə yazdı və böyük xətaya yol verdi. Bu məqaləni yazmasaydı, indi həyatda idi. Məqalə Türkiyə cəmiyyətinin kəskin etirazı ilə qarşılandı.

Qənaətimə görə, Dink Atatürkün qızının erməni əsilli olduğunu deməsəydi, belə olmayacaqdı”.

Qeyd edək ki, Qrant Dink “Sabiha xanımın sirri” adlı məqaləsində Atatürkün övladlığa götürdüyü 8 qızından biri olan Sabiha Gökçenin erməni əsilli olduğunu, Qaziantepdə yaşamış Ripsima Sebilciyanın soyundan gəldiyini iddia etmişdi.

Qrant Dink 2007-ci il yanvarın 19-da İstanbulda erməni dilində nəşr olunan “Aqos” qəzetinin redaksiyasında qətlə yetirilib.


Müəllif: Mənsur Rəğbətoğlu