Danimarka parlamenti “İslam dövləti” qruplaşmasına qarşı mübarizəyə dəstək məqsədilə İraqa 55 hərbçi və silahla dolu yük təyyarəsi göndərmək barədə qərar qəbul edib.
Danimarkalı hərbçilər İraqın Ərbil şəhərində mülki əhalinin müdafiəsində iştirak edəcək.
Danimarkanın xarici işlər naziri Martin Lidegaard bu qərardan məmnunluğunu dilə gətirib: “Danimarkanın bu siyasi dəstəyinə çox sevindim. Bu, əlamətdar hadisədir. Bizim hərbi əməliyyatlara qoşulmağımız İraqda İŞİD-in tam məhvinə səbəb olmasa da, bu qruplaşma ilə döyüşən iraqlılara dəstək olacaq”.
Onun sözlərinə görə, İraqdakı problemlərin siyasi yolla həlli də istisna olunmur: “Lakin ilk növbədə koalisiya hökumətini formalaşdırmaq lazımdır”.
/APA/