20 Yanvar 2019 14:39
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Ukraynada ölüm doğum hallarını təxminən iki dəfə üstələyib.

Nəticədə 2018-ci ildə ölkədə əhalinin sayı 210 min nəfərə yaxın azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən il hər 100 ölümə 58 doğuş qeydə alınıb.

2017-ci illə müqayisədə ötən ildə doğum halları 7 faiz azalıb. Belə ki, 2017-ci ildə ölkədə 335,5 min nəfər doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 312,6 min təşkil edib.

Qeyd edək ki, hazırda Ukraynanın əhalisi 42 milyon 177 min nəfərdir.


Müəllif: Teleqraf.com