1 Fevral 2019 20:43
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bəyan edib ki, Avropa qitəsi ABŞ və Rusiya arasında rəqabət meydanı olmayacaq.

Teleqraf.com xəbər verir ki, F.Mogerini bu bəyanatı ABŞ-ın fevralın 2-dən etibarən Rusiya ilə ballistik raket müqaviləsindən çıxdığını elan etməsindən sonra səsləndirib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi jurnalistlərə müsahibəsində deyib: “Avropa İttifaqı Avropa qitəsinin “yenidən superdövlətlərin rəqabət meydanına çevrilməsini istəmir. Biz qitənin geriyə dönərək supergüclərin öz aralarında çəkişdiyi döyüş meydanı olmasının qəti əleyhinəyik. Bu, artıq uzaq keçmişdə qalıb”.

Vaşinqtonun qərarından sonra ekspertlər müqavilənin ləğvinin ABŞ və Rusiya arasında silahlanma üzrə yeni yarışa səbəb olacağını, bütün dünyanın, xüsusən də Avropa ölkələrinin təhlükəsizliyi üçün ciddi təhlükə yaradacağını bildiriblər. Onlar qeyd ediblər ki, Vaşinqton Rusiyanın ehtimal olunan hücumlarının qarşısının almaq məqsədilə nüvə başlığı daşıya bilən orta və yaxın mənzilli ballistik raketləri məhz Avropada yerləşdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər