4 Fevral 2019 10:18
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona ştatındakı həbsxanaların birində məhkum kitabxana əməkdaşını girov götürüb.

Teleqraf.com xəbər verir ki, Timoti Munk adlı məhkumun bu addımı atmasında məqsədi həbsxanadan çıxmaq olub.

Öncə o, kitabxanaya gələrək kitab götürəcəyini bildirib. Sonra müəssisədə kustar üsulla düzəldilmiş bıçağı kitabxana əməkdaşının boğazına dirəyib.

Məhkum girov götürdüyü şəxsi azad etmək qarşılığında ona həbsxananı tərk etmək üçün şərait yaradılmasını tələb edib.

Bu zaman xüsusi mühafizə xidməti kitabxanaya daxil ola bilib. 2 saat sürən proses zamanı otağa zəhərli qaz atılıb və məhkum nəzarəti tamam itirib.

Bundan sonra məhkumun qollarına qandal vurulub.

Barəsində 97 il həbs verilən məhkumun cəza müddətinin artırılacağı bildirilir.


ABD'de hapishanede korku dolu anlar


Müəllif: Cavad

Oxşar xəbərlər