ABŞ prezidenti Donald Tramp bizdən icazə almayıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraq prezidenti Bəhram Saleh deyib.
Ötən gün Donald Tramp bəyan edib ki, İranı müşahidə altında saxlamaq üçün İraqda olan hərbçiləri ölkədən çıxarmayacaq.
İraq prezidenti Bəhram Saleh isə buna cavab olaraq bildirib ki, ABŞ əsgərlərinin İranı nəzarətdə saxlamaq məqsədilə İraqda olduqlarından xəbərsizdir və bunun üçün onlardan icazə alınmayıb.