5 Fevral 2019 12:00
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Şurasında keçirilən toplantı zamanı ölkənin Müdafiə Nazirliyinə Suriyada YPG terror təşkilatına verilən silahların geri alınmaması və birdəfəlik YPG/PYD-də qalması tövsiyə edilib.

Teleqraf.com xəbər verir ki, məlumatı “Nev York Times” qəzeti yayıb.

Xəbərə görə, Milli Təhlükəsizlik Şurasında keçirilən toplantı zamanı Suriyadakı silahların ölkənin şimalında saxlanılması haqda tövsiyəni ABŞ-ın iki yüksək çinli məmuru təsdiq edib.

ABŞ-ın Mərkəzi Qüvvələr komandanı general Jozef hərbi və mülki müşavirləri ilə Qətərdə yanvarın sonunda toplantı keçirdiyi və bu toplantı zamanı müdafiə ilə bağlı ərəb və kürd qruplara verilən silahların onlarda qalmasının tövsiyə edildiyini açıqlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər