7 Fevral 2019 21:39
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Səuriyyə Ərəbistanının Türkiyədəki səfirliyində amansızcasına qətlə yetirilən jurnalist Camal Qaşıqcı cinayətilə bağlı son rəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hesabata görə, Qaşıqçı cinayəti Səudiyyə yetkililəri tərəfindən öncədən planlaşdırılıb: "Səudiyyə Ərəbistanı qətl işinin araşdırılmasını ciddi şəkildə əngəlləyib".

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Bu gün İstanbul Baş Prokurorluğu Ərəb koalisiyasında xidmət edən Əhməd Asıri və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmrini alan Suud Əl Kahtanı barədə saxlanılma qərarı çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər