8 Fevral 2019 23:30
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidentinin baş müşaviri və kürəkəni Cared Kuşner Körfəz ölkələrinə “Əsrin müqaviləsi”ni müzakirə etmək üçün səfər edəcək.

Danışıqlarda onunla birlikdə ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Ceyson Qrinblattın iştirakı planlaşdırılıb.

Bildirilib ki, ABŞ Prezidentinin təşəbbüsü ilə hazırlanan “Əsrin müqaviləsi”ndə Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi nəzərdə tutulub.

ABŞ nümayəndə heyəti fevralın sonunda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Qətərə səfər edəcək.

ABŞ hakimiyyətindəki anonim mənbə bildirib ki, Kuşner ərəb dövlətlərindəki hakimiyyətləri Donald Trampın planı çərçivəsində Fələstin iqtisadiyyatının inkişafını dəstəkləməyə dəvət etmək niyyətindədir. Bununla belə, tərəflər müqavilənin siyasi aspektlərini müzakirə etməyəcəklər.

Trampın kürəkəninin gələn həftə Polşanın paytaxtı Varşavada Yaxın Şərq üzrə beynəlxalq konfransda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb.

İsrail KİV-i bildirib ki, Vaşinqton razılaşmanın detallarını apreldə İsraildə keçiriləcək parlament seçkilərindən sonra açıqlayacaq.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər