Fələstin rəsmiləri fevralın 13-14-də Polşanın Varşava şəhərində keçiriləcək Yaxın Şərqdə Təhlükəsizlik Sammitində iştirak etməyəcəklərini açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, Ağ Evin baş məsləhətçisi Jared Kuşner sözügedən tədbirdə Fələstin və İsrail arasındakı münasibətləri müzakirə etmək istəyib, lakin Fələstin tərəfi bu təklifə müsbət cavab verməyib.
Fələstinin danışıqlar üzrə əsas nümayəndəsi Saib Erekat şəxsi Tvitter səhifəsində məsələyə münasibət bildirib: “Bizim mövqeyimiz aydındır. Biz bu konfransda iştirak etməyəcəyik və bir daha bildiririk ki, heç kimdən Fələstinin adından danışmağı xahiş etməmişik”.