Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov ölkəsinin hüquq-mühafizə orqanlarının güllələnərək ölüdürən sabiq səfir Andrey Karlovun qətli işi ilə bağlı türk həmkarları ilə sıx əlaqədə olduqlarını açıqlayıb.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, diplomat Türkiyə tərəfindən ittihamnamənin Rusiyaya təqdim olunduğunu bildiirb
“Bu, çox həcmli sənəddir, türk dilində bir neçə yüz səhifədir və Rusiyanın səlahiyyətli orqanları tərəfindən diqqətlə araşdırılır. Məhkəmə yenicə başlayıb, prosessual prosedurları keçib, iş ağırdır, xeyli sayda müttəhim cəlb edilib”, - deyə səfir qeyd edib.
Səfirin fikrincə, məhkəmə prosesi azı bir neçə ay davam edəcək.
Qeyd edək ki, mərhum diplomat Andrey Karlovun qətli işi üzrə məhkəmə yanvarın 8-də başlayıb. İş Ankaranın Xüsusi Ağır cinayətlər üzrə İkinci Məhkəməsi tərəfindən aparılır.