Rusiya Prezidenti Administrasiyasının saytında yerləşdirilən fotoşəkildə Belarus Prezidenti Aleksandr Lukaşenko arxadan görüntülənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarusun “Gomel Today” saytı məlumat yayıb.
Sayt bildirib ki, Belarus kütləvi informasiya vasitələrində belə hal görmək mümkün deyil. Lukaşenkonu çəkən fotoqraflara bu rakursdan foto çəkməyə birbaşa qadağa qoyulub.
Sayt bildirib ki, görünür, Kremlin fotoqrafları sadəcə bu qadağadan agah deyillər: “Bəlkə də bu, bir neçə aydır davam edən bir-birini acılama çərçivəsində şüurlu trollinqdir”.