Türkiyənin tanınmış şoumenlərindən Eser Yenenler sürpriz qərarla 2015-ci il Türkiyə gözəli Berfu Yılmaza evlilik təklifi edib.
Teleqraf.com xəbər verir ki, Eser Yenenlerin aldığı brilyant üzük sosial mediada lağ obyektinə çevrilib.
Eser Yenenler sosial mediada şəkillərini paylaşaraq üzərinə belə yazıb: “Hə, dedi, ruh əkizim, eyni zamanda tip əkizim” yazaraq evlənmək yolunda ilk addım atdıqlarını bildirib.
Şəklin altına yüzlərcə şərh yazılıb. “Qızın yerində olsaydım balaca daşlı bu üzüyə “hə” deməzdim”, “Üzük balaca imiş, sənə yaraşmadı” kimi qeydlərə də rast gəlinib.
Cütlük 2018-ci ilin yanvar ayından sevgilidir.