“Ermənistanın Baş naziri Nikol Paşinyan yanlış yoldadır və xalqı aldadır”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
Şarmazanov baş nazirin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı siyasətini də şərh edib:
“Nikol “xaç atası” Ter-Petrosyan kimi Qarabağ məsələsinin Ermənistanın maraqları çərçivəsində həll edilməsini istəmir. Buna görə də, məsləyə tamamilə yanlış yöndən yanaşır. O, Qarabağın ermənilər üçün nə qədər önəmli olduğunu hiss etmir.
Hesab edirəm ki, populist hökumətin Qarabağla bağlı ciddi düşüncəsi yoxdur. Buna görə də düşünürəm ki, Davos görüşü də təsadüfən olmamışdı, o, belə bir görüşün olacağını əvvəldən bilirdi”.
Partiya rəsmisi qeyd edib ki, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti düzgün qiymətləndirə bilmir:
“Təsəvvür edin ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millz Ermənistanı işğalçı adlandırır, Paşinyan isə bunu “gedən səfirin sözləri” adlandırır. Bolton Ermənistanı tarixi siyasi ənənələrdən imtina etməyə çağıranda, Nikol buna da səssiz qaldı. Bütün bunlar Paşinyanın insanları aldatdığını göstərir”.