Avropa İttifaqı Ukraynada separatçılarla əməkdaşlıq edən bütün fiziki və hüquqi şəxslərin siyahısının hazırlanması təklifilə çıxış edib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, qurum bu siyahıların hazırlanmasını Avropa Komissiyasından xahiş edib. Siyahının hazırlanmasında məqsəd isə separatçılarla əməkdaşlıq edən bütün fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsidir.
Sanksiyalarla bağlı təklif bir həftə ərzində hazırlanmalıdır.
Nihad