Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla ikinci görüşünün keçiriləcəyi Vyetnama gəlib.
Teleqraf.com xəbər verir ki, bu gün başlayacaq və fevralın 28-nə qədər davam edəcək zirvə görüşündən bir gün əvvəl Şimali Koreya lideri Vyetnama daxil olub.
Mühafizə xidməti Vyetnamda Kim Çen İn üçün sanki ətdən divar hörüb. Ətrafdakı insanlar mühafizə xidmətinin Inı necə mühafizə etdiyini kameraya alıb.
Fotolarda mühafizə xidmətinin onu aparan avtomobili əhatəyə aldığı görünür.
Qeyd edək ki, Vyetnamda Şimali Koreya və ABŞ liderləri Pxenyanı nüvə silahından imtina etməsi mövzusunda müzakirələr aparacaq.