26 Fevral 2019 10:15
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriyadan çıxma mərhələsini koordinasiya etmək məqsədilə qurulan işçi qurumun fevralın 28-də Ankarada ikinci toplantısı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun fevralda Vaşinqtona etdiyi səfərdən və fevralın 6-da işçi qrupunun keçirilən ilk toplantısından sonra növbəti iclas 28 fevral-1 mart tarixlərində Ankarada baş tutacaq.

İşçi qrupu Türkiyə və ABŞ arasında 2018-ci ilin fevralında yaradılan Suriya fəaliyyəti qrupunun alt strukturu kimi fəaliyyət göstərir.

Ankaradakı toplantıda ABŞ-ın Fəratın şərqindəki torpaqlarla Menbiçdən hərbçilərin çıxması planları qiymətləndiriləcək.

Hazırda ABŞ-ın Suriyada 2 mindən çox hərbçisi var.

Qeyri-rəsmi məlumatlara görə, ABŞ hərbçilərinin Suriyadan çıxması prosesinə martın ortalarında başlanılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər