27 Fevral 2019 10:33
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arizona ştatının Poniks şəhərində Xocalı soyqırımına dair keçirilən sərgi uğurla başa çatdı.

Teleqraf.com-a bu barədə sərginin təşkilatçısı, ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) başqanı Fatih Özonur məlumat verib.

TASFO başqanı sərgi ilə bağlı təəssüratlarını da bölüşüb:

“Türk-Amerika Dərnəkləri Federasiyasının (TASDF) dəstəyi ilə fəaliyyətini davam etdirən TASFO hər il olduğu kimi bu il də, 1992-ci ilin fevralında Sovet Rusiyasının dəstəyi ilə ermənilər tərəfindən Xocalıda həyata keçirilən soyqırımı qınadı. Arizona ştatının Poniks şəhərində keçirilən sərgidə Qərb qəzetlərinin arxivlərindən əldə edilən faktlar və fotolar sərgiyə çıxarıldı.

Xocalı soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırımlardan fərqlənmir. 1918-ci il martın 31-də Bakı və Azərbaycanın digər bölgələrində həyata keçirilən bu soyqırımlarda 10 mindən çox insan erməni terrorçuları tərəfindən qətlə yetirilib.

Biz TADF və TASFO başqanı olaraq, hər il Nyu-York və Arizonada həyata keçirdiyimiz aksiyalar və foto-sərgilərlə erməni terror qruplaşmalarının türk millətinə qarşı işlədikləri bəşəri cinayətləri qınamağa və bunu ingilis dilində yayımlamağa davam edəcəyik”.

Sərgidə çəkilmiş fotoları təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər