27 Fevral 2019 10:47
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Şimali Xorasan əyalətinin Şirvan şəhərində qəsdən adam öldürmədə ittiham olunan 2 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, edamlar bir neçə gün əvvəl icra olunsa da, bu barədə KİV-də məlumat gec yayılıb.

Məlumata görə, iki il əvvəl naməlum səbəbdən qətl törədən 36 yaşlı məhkum Muctaba Mirzadə fevralın 21-də Şirvan həbsxanasında dara çəkilib.

Həmçinin mübahisə zəminində öz qohumunu qətlə yetirən 43 yaşlı Süheyl Hacı adlı digər məhkum fevralın 24-də həmin həbsxanada dar ağacından asılıb.

Qeyd edək ki, İran əhalisinin sayına nisbətdə ölkədə həyata keçirilən edamların sayına görə dünyada I yeri tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər