2 Mart 2019 10:58
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktyoru Conni Depp ona böhtan atdığı üçün keçmiş həyat yoldaşı Ember Hearda qarşı 50 milyon dollarlıq iddia qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “People” jurnalı yazıb.

Depin vəkilləri Heardın ailədaxili zorakılıqla bağlı dediklərini yalan adlandırıb və bildiriblər ki, aktyor heç vaxt həyat yoldaşını təhqir etməyib.

“2016-cı ildə ona qarşı irəli sürülən ittihamlar yalan idi. Bu, yalan fabrikinin bir hissəsi idi. Hearda ictimai diqqəti yönəltmək və karyerada irəliləməsi məqsədilə düşünülmüşdü”, deyə Deppin vəkilləri bildirib.

Qeyd edək ki, E.Heard keçmiş həyat yoldaşının telefonu onun üzünə atdığını bildirmiş, hətta mediaya zədə alması nəticəsində göyərmiş üzünün fotoşəklini də ötürmüşdü.

Öz növbəsində “GQ” jurnalına verdiyi müsahibədə, aktyor saxta ittihamlar səbəbindən ictimaiyyətin gözündə bədheybət halına gəldiyini söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər