3 Mart 2019 17:59
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 3 dəfə ardıcıl olaraq deputat seçilmiş şəxslərin növbəti parlament seçkilərinə namizədliyi qadağan olunub.

Teleqraf.com-un məlumatına görə, İran parlamentinin deputatları bu gün ardıcıl 5 dəfə deputat seçilən Hüseyn Əmiri Xamkaninin əlaqədar təklifini araşdırıb və təsdiqləyiblər.

Qərara əsasən 3 dəfə deputat seçilən şəxslər bir tur seçkilərə qatıla bilməyəcək və növbəti seçkilərdə namizədliyini irəli sürə bilər.

5 dəfə ardıcıl deputat seçilən Məhəmməd Rza Tabeş bu qərarın qanunvericilik sahəsində gənclərə fürsətin verilməsinə gətirib çıxaracağını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər