ABŞ prezidenti Donald Tramp Ukraynada böhranla əlaqədar Rusiyaya qarşı daha öncə tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzadıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin Konqresə göndərilən və Federal reyestrdə dərc olunan rəsmi bildirişində deyilir.
Prezidentin imzaladığı izahedici məktubda deyilir: "Fərmanda sözügedən addımlar və siyasət milli təhlükəsizlik maraqlarımıza və xarici siyasətimizə fövqəladə təhdid olaraq qalır. Buna görə də, mən 13660 nömrəli fərmanla tətbiq olunan fövqəladə (sanksiya) rejimi bir il müddətinə uzadıram".