6 Mart 2019 13:12
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatının keçmiş qubernatoru və media maqnatı Maykl Blomberq 2020-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olmayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə rəhbəri olduğu “Bloomberg” agentliyində dərc olunan məqaləsində bildirib.

Maykl Blomberq hazırkı prezident Donald Trampı məğlub etmək üçün Demokratlar Partiyasından güclü namizədə ehtiyacın olduğunu iddia edib.

Maykl Blomberq prezident seçkilərində iştiraka qərar versəydi, Trampı məğlub edəcəyinə əminliyini ifadə edib, bununla belə, Demokratlardan onun qarşısına güclü namizəd çıxarmağın da çətinliyinə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər