14 Mart 2019 13:50
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın neft ehtiyatının məbləği 40 trilyon, təbii qaz ehtiyatının məbləği 11 trilyon rubl həndəvərində qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Təbii Sərvətlər və Ekologiya Nazirliyinin açıqladığı rəqəmlərə istinadən “RBK” yazıb.

Bu istiqamətdə ilk qiymətləndirmə 2017-ci ilin sonunda verilib. Qiymətləndirmə hər il yenilənəcək.

Nazirlik, həmçinin, Rusiyanın koks kömür (2 trilyon rubla yaxın), dəmir filizi (808 milyard rubl), almaz (505 milyard rubl) və qızıl (480 milyard rubl) ehtiyatının məbləğini də qiymətləndirib.

Şimal qonşumuzun bütün mineral və enerji ehtiyatlarının ümumi dəyəri 55,2 trilyon rubl təşkil edir.

Qeyd edək ki, bundan öncə – fevralın 27-də Rusiyanın energetika naziri Aleksandr Novak ölkənin neft-qaz ehtiyatının həcmini açıqlamışdı. Onun proqnozuna görə, Rusiyanın neft ehtiyatları təxminən 30 il, qaz ehtiyatları isə 100 ildən çox bəs edəcək. Ölkənin B və C kateqoriyalı neft ehtiyatlarının həcmi hazırda 29 milyard ton təşkil edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər