15 Mart 2019 11:42
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Kraystçerç şəhərində baş verən atışma nəticəsində həlak olanların sayının 40 nəfərə çatdığını bildirib.

Teleqraf.com xəbər verir ki, 20 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu gün səhər şəhərdəki minimum iki məsciddə gülləbaran baş verib. Əvvəlcə 9 nəfərin həlak olduğu, 10 nəfərin yaralandığı bildirilmişdi. Hücumda şübhəli bilinən 4 nəfər yaxalanıb.

Məlumata görə, məscidlərin birində hücum aktını gerçəkləşdirən ultrasağ baxışlı Avstraliya vətəndaşı olub. Daha sonra onun şəxsiyyəti açıqlanıb. Onun Avstraliyanın Yeni Cənubi Uels ştatının Qrafton şəhərinin sakini Brenton Tarrant olduğu məlum olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər