18 Mart 2019 12:56
3 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşamçağı Yakutskda yerli sakinlərdən birinin itməsi və təcavüzə uğraması ilə bağlı spontan mitinq keçirilib. Mitinqçilər cinayətdə şübhəli bilinənlərin cəzalandırılmasını tələb ediblər.

Teleqraf.com RBK-ya istnadla xəbər verir ki, zorlamada Orta Asiyadan olan 3 miqrant şübhəli bilinir. Polis onlardan birini elə həmin gün həbs edib.

Yerli KİV-lər isə xəbər verir ki, şəhər polisi icazəsiz aksiyadan sonra yerli məscidin ətrafını mühasirəyə alıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsində faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 2 maddəsi – “zorlama” və “adam oğurluğu” maddələri üzrə cinayət işi açılıb.

Məlumata görə, bazar günü saat 04:00-a yaxın naməlum şəxs Kuzmin küçəsində yerləşən evin yaxınlığında qızı zorla maşına mindirib və naməlum istiqamətə aparıb. Zərərçəkmiş şəxs daha sonra istintaq komitəsinə müraciət edib.

Bununla yanaşı hüquq-mühafizə orqanları spontan mitinqin təşkilatçıları barədə də tədbir görmək niyyətindədirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər