20 Mart 2019 20:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi Berlin Londona Brexitlə bağlı böhranın Avropa İttifaqının (Aİ) səbrini daşırdığı barədə xəbərdarlıq edib və Böyük Britaniya hökumətini bu məsələdə irəliyə doğru qəti addım atmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Aİ məsələləri naziri Maykl Rot özünün avropalı həmkarları ilə İttifaqın sammitinə hazırlıq çərçivəsində apardığı danışıqlar ərəfəsində jurnalistlərə müsahibəsində deyib: "Zaman ötür, vaxt tamam olur və biz hamımız bu danışıqlardan yorulmuşuq".
Xatırladaq ki, bazar ertəsi Böyük Britaniya parlamenti növbəti dəfə Baş nazir Tereza Meyin Brexit planını rədd edib və onun Aİ liderləri ilə Brexitin martın 29-na keçirilməsi üzrə danışıqlarına dair təkrar səsvermə keçirməkdən imtina edib.

Berlin hesab edir ki, Aİ Londonun dəqiq və konkret təklifləri olmadan vaxtı uzada bilməz. Maykl Rot əlavə edib: "Biz oyun oynamırıq. Bu, vəziyyətin çox ciddi olduğunu göstərir. Üzv ölkələrin əhval-ruhiyyəsi də olduqca pisdir. Bəllidir ki, vəziyyət aydın deyil. Bu gün dünənkinə nisbətən daha çox qeyri-müəyyənlik var".


Müəllif: Teleqraf.com