25 Mart 2019 09:58
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu Qəzza sektorunun şimal hissəsini artilleriya atəşinə tutub.

Teleqraf.com xəbər verir ki, İsrail ordusu “Həmas” Hərəkatına aid müşahidə məntəqəsini hədəfə alıb.

İsrail artilleriyası həmçinin Qəzzanın şərqindəki başqa bir məntəqəni də vurub.

Fələstin Səhiyyə Nazirliyi hadisə zamanı ölənlər və yaralılar haqda informasiya yaymayıb.


Müəllif: Cavad