27 Mart 2019 10:51
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Xi Xinpinqin Avropa ölkələrinə səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, İtaliyada önəmli anlaşmalara imza atan, Fransada Prezident Emmanuel Makronla görüşən Xi Xinpinq bu dəfə Almaniya Kansleri Angela Merkel və Avropa Komissiyasının yetkililəri ilə bir araya gəlib.

Görüşlərdə Çinin Avropa İttifaqına üzv dövlətlərlə ikili anlaşmalar çərçivəsində Avropaya investisiya yatırmasının yaratdığı narahatlıq əsas müzakirə mövzusu olub.

Xi Xinpinq Çin və Avropa İttifaqı arasında sağlam rəqabətin olduğunu bildirdiyi halda, Emmanuel Makron və Avropa Komissiyasının başçısı Jan-Kloud Yunker Çini rəqib adlandırıb.

Aİ yetkililəri Xinpinqdən Avropa şirkətlərinə Çində fəaliyyət göstərmək üçün şərait yaradılmasını istəyiblər. Almaniya Kansleri Angela Merkal də eyni tələblə çıxış edib.

Tərəflər aprelin 12-də Çin-Avropa İttifaqı zirvəsində yenidən bir araya gələcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər