27 Mart 2019 11:54
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Vladimir Solovyev “Kim qarşıdır?” proqramının çəkilişi zamanı iki iştirakçını studiyadan qovub.

Teleqraf.com xəbər verir ki, efirin videoyazısı verilişin “Youtube” kanalında yayımlanıb.

Ekspertlər Araik Stepanyan və Qreq Vayner emosional dialoq zamanı çığır-bağır salıblar. Bir-birlərinin üstünə su atıb, söyüş söyüb və nəhayət, əlbəyaxa davaya keçiblər. Bu zaman Solovyev onların arasına keçməyə müvəffəq olub, aranı sakitləşdirib və onların studiyadan çıxarılmasına dair göstəriş verib. Teleaparıcı, həmçinin, mühafizəçilərə tapşırıb ki, tərəflərin studiyadan kənarda üz-üzə gəlməməsi üçün bütün tədbirləri görsünlər.

Qeyd edək ki, Araik Stepanyan 1968-ci ildə İrəvanda doğulub. Sankt-Peretburqda ali təhsil alıb. Fəlsəfə elmləri namizədidir. 1999-cu ildə Sankt-Peterburq Politoloqlar Assosiasiyasını yaradıb. 2005-ci ildən Geopolitik Problemlər Akademiyasının Elmi Şurasının üzvüdür. Rusiyanın mərkəzi telekanallarında siyasi tok-şoularda aktiv iştirak edir, dünyadakı situasiyanı şərh edir və ABŞ başda olmaqla Qərbi fəal surətdə tənqid atəşinə tutur.

Verilişin həmin anının videoyazısnı diqqətinizə təqdim edirik.


Müəllif: Səxavət

Oxşar xəbərlər