Gürcüstan yaxın bir-iki ildə dünya xəritəsində yoxa çıxa bilər. Reallıq göstərir ki, o, dünyanın 1 nömrəli islahatçı ölkəsi statusunu itirib.
Teleqraf.com xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu iddia ilə "Qruziya Online" portalında çıxış edib.
Onun sözlərinə görə, bütün rəqəmlər dediklərini təsdiqləyir: "Statistikaya baxanda aydın olur ki, mənim dövrümdə ölkə iqtisadiyyatı 4 dəfə inkişaf etmişdi, İvanaşvilinin zamanında isə (Gürcüstanın 2012-2013-cü illərdə Baş naziri-red.) sıfra endi".
Mixail Sakaşvili bildirib ki, ölkədən kütləvi köç var, 1 milyon insan xaricə mühacirət edib.
O, hazırkı hakimiyyəti dəyişməyə çağırıb.