Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ərzurum Pasinlər üzrə bələdiyyə sədrliyinə namizəd Əhməd Döleklinin avtomobili qəzaya düşüb.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Əhməd Dölekli isə yüngül xəsarətlə qəzadan qurtulmağı bacarıb.
Verilən məlumata görə, qəza yolun sürüşkən olması nəticəsində baş verib.