31 Mart 2019 17:02
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada “Exit poll” prezident seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nəticələrə əsasən şoumen Vladimir Zelenski rəqiblərini təxminən 10% qabaqlayır.

İkinci yer uğrunda hazırki Prezident Petro Poroşenko ilə sabiq baş nazir Yuliya Timoşenkonun mübarizə apardığı bildirilir. Hələlik Timoşenko öndədir.

Bir sıra ekspertlərin fikrincə, Ukraynanın növbəti prezidentinin adı seçkilərin ikinci turunda bəlli olacaq. Poroşenkonun ikinci tura keçə bilməyəcəyi yönündə proqnozlar səslənir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər